Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Mart

2016
15:20
3806
Ərəbistanın terror etdiyi tarixçi nələri ifşa etmişdi?

Səudiyyə Ərəbistanının tanınmış tarixçi alimi Nasir Əl-Səidin Ərəbistan yarımadasına hakim olan Səud ailəsi haqda yazdığı kitab həyatına son qoysa da, bu kitabda açıqlanan faktlardan indiyə kimi danışılır. Düzdür, tarixçi alim kitab çapdan çıxdıqdan sonra Səudiyyə Ərəbistanını tərk etmişdi, amma buna baxmayaraq, o, terror nəticəsində öldürülmüşdü.

FaktXəbər-in Ərəb mediasına istinadən verdiyi məlumata görə, Nasir Əl-Səidin ötən əsrin 70-ci illərində yazdığı “Ali Səudun Tarixi” adlı kitabı o zamanlar, xüsusilə ərəb ölkələrində çoxlu səs-küy yaradıbmış. Yazar öz kitabında Səud sülaləsini elmi dəlillərlə ifşa edərək, İslam dünyasının önəmli torpaqları sayılan Hicaza kimlərin hakim olduğunu dolğun şəkildə göstərib. 

Kitabda Ali Səudun digər ərəb qəbilələrini vəhşi şəkildə qətliam etməsini özündə əks etdirən fotolar da yer alıb.

Nasir Əl-Səidin 1400 səhifəlik kitabında Səud ailə üzvlərinin kimlikləri, onların pozğunluqları və cinayətləri araşdırılıb, bu tayfanın ulu babalarının əslən yəhudi olması barədə faktlar ortaya qoyulub.

Kitabda həmçinin vəhhabiliyin banisi Məhəmməd Əbdül-Vəhhabın yəhudilərin vasitəsi ilə hansı formada dəstəkləndiyi və necə onların vasitəsilə dini rəhbər kimi ortaya çıxarıldığı dəqiq faktlarla bəyan edilir.

Kitabın 26-cı səhifəsində belə deyilir: Hicrətin 9-cu əsri (miladi ilə 15-ci əsr) Ənizə adlı yəhudi qəbiləsindən olan Mani İhsai (Səud sülaləsinin ilk babası) Ərəbistanın Nəcd vilayətində torpaq alıb. Ondan sonra onun Muşe adlı oğlu döyüş və qarət yolu ilə çoxlu sərvət əldə edib. Daha sonra Muşenin oğlu Abraham Səud ailəsinin təməlini formalaşdıran Muqrin Səuda böyük dəstək olub. Mordaxay Abaraham Muşe və övladları, müsəlmanların içinə girmək üçün adlarını dəyişərək özlərinə müsəlman adları qoyublar. Bu yəhudi tayfasının əsl kökü isə İraqın Bəsrə şəhərinə qayıdır.

Hətta son 300 ildə yazan şairlər Səud ailəsi haqda yazdıqları şeirlərində onların babalarının yəhudi Mordaxay olmasına işarə ediblər. O cümlədən hicri-qəməri tarixi ilə 1180-cı ildə vəfat etmiş Həmidan Əl-Şuvəyir də öz şerində bu məsələyə işarə edib. Sözügedən kitabın 104-cü səhifəsində bu şeirə yer verilib.

Kitabın 33-cü səhifəsində vəhhabiliyin banisi Məhəmməd bin Əbdül-Vəhhabın babasının isə Türkiyədən olan yəhudi əsilli Şuleman Qerquzi olduğu yazılır.

Kitabda keçmiş Səudiyyə kralı Məlik Feysəlin xatirə kitabçasında qeyd olunan bir mətn də yer alıb. Orada sabiq kral belə yazıb: “Biz yəhudilərlə əmioğlanlarıyıq. Ona görə də bəzilərinin onları dəryada qərq etmələrinə razı olmadıq. Bu baxımdan biz onlarla sülh şəraitində yaşamaq istəyirik.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru