Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Yanvar

2017
22:15
920
İraqın Azərbaycandakı səfirliyi: Qətlin diplomatik korpusla əlaqəsi yoxdur

İraq Hava Yolları aviaşirkətinin Bakı nümayəndəliyinin əməkdaşının qətlə yetirilməsinin İraqın Azərbaycandakı səfirliyi və şəxsən bu ölkənin müvəqqəti işlər üzrə vəkilinə heç bir aidiyyəti yoxdur.

FaktXəbər-in məlumatına görə, bu barədə İraqın müvəqqəti işlər üzrə vəkili Fədil Əbəd Əl-Şüveylinin verdiyi bəyanatda bildirilir. Bəyanatda deyilir ki, aviaşirkətin iki azərbaycanlı əməkdaşı arasında yaşanan mübahisə birinin öldürülməsi ilə nəticələnib.

Bəyanatda həmçinin hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaqın aparıldığı və öldürülən şəxsin qardaşının İraq səfirliyində çalışan yerli əməkdaşlardan biri olduğu bildirilir.

Qeyd edək ki, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu “Vinçester” tüfəngindən açılan atəşlə qətlə yetirilib. Ə. Ağalı İraqın Azərbaycandakı səfirinin tərcüməçisinin qardaşıdır. Qətlə görə Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. O, İraq Hava Yollarının Bakı nümayəndəliyində sürücü işləyirmiş.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru