Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2019
09:15
808
İraqla İran arasındakı Şələmçə sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb

Əcnəbi vətəndaşların gediş-gəiş etidyi yeganə keçid məntəqəsi olan Şələmçə sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə APA İranın Ərbəin qərargahının Ərvənd Azad zonası üzrə rəhbəri Qulamrza Şəriətiyə istinadla xəbər verib.

Q.Şəriəti deyib ki, Şələmçə sərhəd-keçid məntəqəsi az öncə bağlandı və yaxın zamanlarda sərhədin nə qədər bağlı qalacağı ilə bağlı açıqlama veriləcək: “Sərhədin bağlanmasına səbəb İraq tərəfdə nəqliyyat vasitələri, yanacaq çatışmazlığı və zəvvarların izdihamıdır”.

O qeyd edib ki, hazırda problemlərin aradan qaldırılması istiqamətində İraq tərəfi ilə danışıqlar aparılır. 

Qeyd edək ki, İraq və İran arasında  4 sərhəd-keçid məntəqəsi mövcudur - İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə, Çəzabə və  Kirmanşah əyalətində Xosrəvi. 

İran Daxili İşlər Nazirliyi elan edib ki, Ərbəin yürüşündə iştirak etmək üçün İran – İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilərlər.

Hər il İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.

Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti kəskin bahalaşıb

12

Oktyabr
12:30
İQTİSADİYYAT
544

Nazirlik narazılığını bildirdi

11

Oktyabr
15:38
ÖLKƏ
709
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 03:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru