Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2019
10:23
841
İranın Baş Qərargah rəisi: ölkəmizə qarşı muzdlu əsgərlərdən istifadə edirlər

"İranın düşmənləri hərbi əməliyyatların daha çox maliyyə apardığını anlayaraq ölkədə daxili iğtişaş törətmək və muzdlu əsgərləri hərəkətə keçirmək planını işə salıblar". FaktXəbər "Sputnik"ə istinadən bildirir ki, bu açıqlama ilə İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri çıxışı edib.  

Onun sözlərinə görə, İslam İnqilabı 40-ıncı ilinə çatmaması üçün İranın düşmənləri böyük investisiyalar yatırıblar: "Ölkədəki əmin-amanlıq ilə sabitliyi pozmaq üçün bütün imkanlar səfərbər edilib. Düşmən, arxada qoyduğumuz müddət ərzində İrana qarşı hərbi əməliyyatın daha çox maliyyə aparacağı və heç bir nəticə verməyəcəyi qənaətinə gəlib. Bu səbəbdən ölkədə daxili qarışıqlıq yaratmaq və sonra muzdlu əsgərləri hərəkətə keçirmək kimi planını işə salıb. İran Silahlı Qüvvələri hər sahədə hazırlıqlıdır və düşmənin planlarına baxmayaraq müdafiə keyfiyyətini artırıb".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2019 04:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com