Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
16:02
İrandan terrorla mübarizədə regional iş birliyi təklifi

İran Məclis Başkanı  Əli Laricanı ABŞ-ın  Asiyadakı sabitsizliyi  artırmaq üçün  İŞİD terror təşkilatı  terrorçuların bir qismini  Əfqanıstana göndərdiyini, bu mənada İran, Türkiyə, Rusiya, Çin, Pakistan və Əfqanıstan arasında terrorla mübarizə  sahəsində iş birliyinin çox önəmli olduğunu söyləyib.

FaktXeber.com-un məlumatına görə, bu barədə İran Parlamentinin xəbər Agentliyi ICANA bildirib.  

Qeyd edək ki, Laricani paytaxt Tehranda Çin Parlamentinin sədr müavini Çen Zui ilə bir araya gəlib. Görüşdə ABŞ-ın  tək tərəfli olaraq  çəkildiyi nüvə  anlaşması və terrorla mübarizə məsələləri müzakirə olunub.

Laricarni ABŞ-ın Asiyada sabitsizliyi  artırmağı hədəflədiyinə  diqqət çəkib: «Amerikanın  İraq və Suriyadakı  problemləri  Asiyanın  digər nöqtələrinə  daşımaq üçün keçən il bir çox İŞİD terrorçusunu  Əfqanıstana  göndərmə cəhdləri  nəzərə alındıqda  İran, Çin, Paksitan, Türkiyə, Rusiya və Əfqanıstanın terrorla mübarizədəki  iş birliyi çox vacibdir».

Laricani həmçinin  ABŞ-ın çəkilməsindən sonra nüvə  razılaşmasının  digər ölkələr tərəfindən qorunmasının vacibliyini bildirib. İran Məclis  sədri  Çinin Rusiya və Avropa ölkələri ilə birlikdə anlaşmanın  qorunmasındaı rolunun önəmli olduğunu bildirib.

Çin Parlamentinin sədr müavini isə ölkəsinin regional  və beynəlxalq xüsusi vəziyyətlərə rəğmən  İranla  uzun müddətli  münasibətlər qurmaq istədiyini bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Laricani 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com