Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
16:45
2226
İrandakı terroru “Ənsar-əl Furkan” öz üzərinə götürüb

Bu gün İranın Sistan-Bəlucistan vilayətinin Çabahar şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə, yaralananlar isə 24 nəfərə çatıb. Yaralananlar arasında uşaq və qadınlar da var.

FaktXəbər "Mehr" agentliyinə istinadən bildirir ki, hadisə yerinə İran İslam İnqilabının Keşikçiləri Korpusunun quru qoşunları komandanı general Məhəmməd Pakpur da gəlib. O, bəyan edib ki, terror hücumunda ölənlərin sayı 2 nəfərdir. Yaralılardan isə yalnız birinin vəziyyəti ağırdır.

Terror aktına görə məsuliyyəti “Ənsar-əl Furkan” terror qruplaşması öz üzərinə götürüb.

***

11:31 - İranın Çabahar şəhərində bomba yüklü avtomobil partladılıb. FaktXəbər bildirir ki, bu barədə "Farsnews" agentliyi məlumat yayıb.

Hadisə polis qərargahının yaxınlığında baş verib. Partlayış zamanı 4 nəfərin öldüyü, 19 sakinin yaralandığı deyilir. Həyatını itirənlərdən biri polis serjantı Dariuş Rəncbər, digər isə əsgər Nasir Dürzadə olub.

"İSNA" informasiya agentliyi xəbər verir ki, partlayış intihar nəticəsində baş verib. Partlayışdan sonra silah səsləri eşidilib.

Məqalədə : İranda terror 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
36

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
44

Azərbaycan kərə yağı idxalını 24% azaldıb

19

Aprel
16:18
İQTİSADİYYAT
59

Dağıstanda 70 uşaq zəhərlənib

19

Aprel
15:33
DÜNYA
413
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 18:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru