Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Noyabr

2017
11:46
1020
İranda xilas etmə işləri başa çatıb, səfirliyin Azərbaycandakı dövlət bayrağı endirilib

FaktXəbər-in verdiyi məlumata görə, İran, zəlzələdən sonra başlayan xilas etmə işlərinin sona çatdığını açıqlayıb. Baş verən zəlzələ 430 nəfərin həyatını itirməsinə, minlərlə insanın yaralanmasına səbəb olub. 

Bundan əlavə İranın Azərbaycandakı səfirliyində İslam Respublikasında baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsini anmaq məqsədi ilə elan edilən matəm ilə əlaqədar dövlət bayrağı endirilib. Bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Xatırladaq ki, bazar ertəsinə keçən gecə İran-İraq sərhədi yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət təqribən 430 nəfərin həlak olması, 7 mindən çox adamın yaralanması ilə nəticələnib. 7.3 bal gücündə zəlzələ İranda çox sayda kənd və qəsəbə və 14 rayonu əhatə etmişdi.

Məqalədə : İran zəlzələ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru