Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

10 Oktyabr

2019
09:57
477
İranda saxlanılan rusiyalı jurnalist azad edilib

İran hökuməti rusiyalı jurnalist Yuliya Yuziki azad edib. FaktXeber.com-un verdiyi məılumata görə, bu barədə Rusiyanın Tehrandakı səfirliyi xəbər verib.

Oktyabrın 10-də sübh tezdən o, “Aeroflot” reysi ilə Moskvaya qayıdıb. Təyyarə səhər saat 6-da Şeremetyevo aeroportunda eniş edib.

Xatırladaq ki, rusiyalı jurnalist Yuliya Yuzik sentyabrın 29-da  İrana dəvətlə gedib. Lakin aeroportda naməlum səbəblərdən pasportu əlindən alınıb, oktyabrın 2-də isə oteldən həbs olunub.

Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın İrandakı səfirliyinin mətbuat attaşesi  RİA Novostiyə bildirilmişdi ki, qohumlarının mümkün problemlərdən danışmalarına baxmayaraq, Yuzikin özü səfirliyə İslam Respublikasında ola biləcək problemlər və ya pasportun müsadirəsi ilə bağlı məlumat verməyib. 

Bazar ertəsi günü İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbii mətbuat konfransı zamanı rusiyalı jurnalistin saxlanmasının İsrail casusluğu ilə əlaqəli olmadığını, viza ilə bağlı problemlərin olduğunu bildirib. 

Məqalədə : Yuliya Yuzik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
65

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
327

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
107

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
62

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
67

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
102
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 04:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru