Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

21 Aprel

2017
09:21
555
İranda prezidentliyə namizədlərdən altısının ərizələri təsdiqlənib

İranın Konstitusiyaya Nəzarət Şurası keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş və qeydiyyatdan keçmiş namizədlərdən 6 nəfərinin  ərizəsini təsdiqləyib.

APA-nın məlumatına görə, qeydiyyatdan keçmiş namizədlərin adları beş gün Nəzarət Şurasında  araşdırıldıqdan sonra təsdiqlənib.

Beləliklə Konstitusiyaya Nəzarət Şurası tərəfindən ərizələri təsdiqlənən şəxslər bunlardır:

1. İranın Məsləhət Şurasının üzvü və İslami Mötəlifə Partiyasının Mərkəzi Şurasının üzvü Seyid Mustafa Ağa Mirsəlim

2. Prezidentin birinci müavini İshaq Cahangiri Kuşayi

3. Hazırkı prezident Həsən Ruhani

4. “İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi”nin üzvü Seyid İbrahim Rəisi - Sadat

5. Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf

6. İranın Milli Olimpiya Komitəsinin sədri Mustafa Haşemitəba

Sabiq prezident Mahmud Əhmədinejad və onun sabiq müavini Həmid Bəqayinin ərizəsi təsdiqlənməyib.

Qeyd edək ki, ərizələri təsdiqlənməyən şəxslər 5 gün ərzində qərara etiraz etmək hüququna malikdirlər. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 04:46

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru