Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2019
08.35
1546
İranda dəhşətli terror aktı: itkilərin sayı 27 nəfərə çatıb

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilabı Korpusunun hərbçilərini daşıyan avtobusun partladılması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. Onlardan 20 nəfəri hərbçidir. 13 nəfər isə yaralıdır.

FaktXəbər-in "Fars" agentliyinə istinadən məlumatına görə, itkilər arasında dinc sakinlər də var.

Yayılan xəbərlərə görə terror aktına görə məsuliyyəti “Ceyşul-Ədl” qruplaşması öz üzərinə götürüb.

***

20.15 - İranın Sistan Bəlucistan əyalətində terror aktı törədilib.

FaktXəbər-in İran mediasına istinadən məlumatına görə, Sistan Bəlucistan əyalətində İran İnqilab Keşikçiləri korpusunun (SEPAH) 40 nəfər heyətini daşıyan avtobus partladılıb.

Hadisə nəticəsində 20 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran terror 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 03:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com