Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Sentyabr

2017
11:45
520
Ramil Şeydayev: Bu keçidə çox şadam

"Danışıqlar aparıldı, razılaşdıq və müqavilə bağladıq. Bu keçidə çox şadam". "Report"un Osloya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Qarabağ"a keçidini dəyərləndirərkən deyib.

21 yaşlı hücumçu məqsədinin əsas heyətdə oynamaqdan ibarət olduğunu bildirib: "Bu barədə düşünmürəmsə, niyə bura gəlmişəm və futbolu niyə oynayıram?"

Gənc forvard "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla hələ söhbətinin olmadığını da əlavə edib. Ramil Şeydayev "Qarabağ"a Türkiyə "Trabzonspor"undan icarə əsasında keçib. Onunla bir illik müqavilə imzalanıb.

Məqalədə : Ramil Şeydayev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru