Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
14:41
9019
Ramazan ayının salam gecəsi

“Qədr gecəsi (savab baxımından) min aydan daha xeyirlidir!” Bir gecə min otuz gündən, min aydan daha mühümdür. Nə üçün bir gecəyə bu qədər fəzilət vermişlər? Çünki Allahın bərəkəti bu ayda çoxdur. Bu ayda mələklərin nazil olması çoxdur. Bu gecə salam gecəsidir. “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)”("Qədr" surəsi, ayə 5) Bu gecənin əvvəlindən sonunadək bütün anları  ilahi salamdır. “Rəhimli Rəbdən (onlara) “salam” deyiləcəkdir”. ("Yasin" surəsi, ayə 58) 

Allahın rəhmət və fəziləti bəndələrinə nazil olur. Qədr gecəsi vilayət gecəsidir. Həm Quranın nazil olduğu gecədir, həm mələklərin İmam Zamana (əc.) nazil olduğu gecədir, həm Quran gecəsi, həm də Əhli-beyt (ə) gecəsidir. Həm Quran gecəsi, həm itrət gecəsidir. Buna görə mübarək "Qədr" surəsi də vilayət surəsidir. 

Qədr gecəsinin çox dəyəri var. Bütün ramazan ayı, gecələri və gündüzləri ülvidir. Əlbəttə, Qədr gecəsi ramazan ayının gündüzlərinə və gecələri ilə müqayisədə çox fərqlidir. Amma ramazan ayının gecələri və gündüzləri ilin digər gecə və gündüzlərinə nisbətdə çox fərqlidir. 

Ən yaxşı fürsət ilin bəzi günləridir. Mübarək ramazan ayı da bu qəbildəndir. Ramazan ayı arasında isə Qədr gecəsidir. 

Qədr gecəsi bu üç gecənin (ramazan ayının on doqquzuncu, iyirmi birinci və ya iyirmi üçüncü gecəsi) arasındadır. Şeyx Abbas Qumidən sual edirlər ki, "bu üç gecənin - və ya iki gecənin, yəni iyirmi bir və iyirmi üçüncü gecənin - hansı Qədr gecəsidir?" Cavabında bildirib ki, "insanın iki gecəni - və ya üç gecəni - Qədr gecəsi hesab etməsi nə qədər asandır". 

Üç gecənin arasında şübhəli olmasının nə əhəmiyyəti var? Üç gecə nə qədərdir ki? Elə insanlar olub ki, bütün ramazan ayını əvvəldən axıradək Qədr gecəsi hesab ediblər və Qədr gecəsinin əməllərini həyata keçiriblər. Bu gecələrin qədrini bilək.

Məqalədə : Ramazan ayı dualar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN sürücülərə müraciət edib

22

Avqust
11:06
HÜQUQ,HADİSƏ
81

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
119

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
133

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
363

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
227
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 11:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru