Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2019
20:19
545
Ramazan ayının 12-ci gününün duası - AUDİO

18 may - 12 Ramazan

İmsak: 03.39

Sübh azanı: 03.44

İftar: 20.08

İftar duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

12-ci günün duası: Bismillahir-Rahmanir-Rahim. Allahummə zəyyini fihi bis-sətri vəl-ifaf vəsturni fihi bilibasil-qunui vəl-kəfaf vəhmilni fihi ələl-ədli vəl-insaf və əminni fihi min kulli ma əхaf biismətikə ya ismətəl-хaifin!

İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi.

12-ci günün namazı: 8 rükət namazdır ki, hər rükətdə «Həmd»dən sonra 30 dəfə “Qədr” surəsi.

Ramazan ayında gündəlik namazlardan sonra oxunan dua:  

OXUNUŞU: Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil Qur`an. Hudəl-linnasi və bəyyinatin minəl-huda vəl furqan. Və cəəltəha fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyh və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin.

TƏRCÜMƏSİ: Bağışlayan və mehriban Allahın adı ilə! Ey uza, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sənsən böyük Allah. Bir Allah ki, bənzəri yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli edib üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. Elə bir ay ki, həmin ayda insanları doğru yola yönəldən, hidayətlə bağlı aydın dəlillərə sahib olan və haqqı batildən ayıran Quranı nazil etdin. O ayda “qədr gecəsi”ni yerləşdirib, onu min aydan xeyirli və üstün etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Məni minnət qoyulan bəndələrinin zümrəsində əzabdan azad etməklə boynuma minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhmlisi!

Məqalədə : Ramazan ayı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
204

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
107

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
138

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
170

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
123
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 19:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru