Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Mart

2019
12:25
354
Rəşad Ramazan və 3 NİDA üzvü azadlıqda - FOTO

Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında bloqer Rəşad Ramazanov və NİDA hərəkatının üzvləri Qiyas İbrahimov, İlkin Rüstəmzadə və Bayram Məmmədov da var.

FaktXəbər-in məlumatına görə, hər iki şəxs narkotik ittihamı ilə saxlanılmışdı. 

Xatırladaq ki, Rəşad Ramazanova 2013-cü ilin noyabrnda keçirilən məhkəmədən sonra doqquz il həbs cəzası kəsilmişdi. Qiyas İbrahimov isə 2016-cı ildə 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu.  İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunmuş və 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. Bayram Məmmədov isə 2016-cı il mayın 10-da həbs olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 10 il azadlıqdan məhrum edilmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com