Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
12:44
Qəzzanın xərçəng xəstələri dərman böhranında

Qəzzada xərçəng xəstələrinin müalicəsində istifadə edilən kimyaterapiya dərman vasitələrinin bitməsinə görə xəstələrin müalicəsinin dayandırıldığı açıqlanıb.

FaktXəbər-in məlumatına görə, mətbuat açıqlaması verən Qəzzadakı Səhiyyə Nazirliyi sözçüsü Əşrəf əl-Kudra Rantisi Xəstəxanasında xərçəng xəstələrinin müalicəsi üçün istifadə edilən dərmanların qurtardığını və müalicələri dayandırmaq məcburiyyətində qaldıqlarını deyib.

Kudra kimyaterapiya dərman vasitələri ilə bərabər immunitet sistemini gücləndirən neopogen adlı dərmanın da tamamilə qurtardığını bildirib.

Qəzzada dərman böhranının dərhal aradan qaldırılması lazım olduğunu vurğulayan Kudra, yüzlərlə xəstənin həyatının təhlükə düşdüyünü deyib.

Həmas liderlərindən olan Dr.Abdulaziz Rantisinin adını daşıyan xəstəxana Qəzzada xərçəng xəstələrinin müalicə edildiyi yeganə səhiyyə qurumu kimi tanınır.

Son dövrdə Qəzzaya tətbiq olunan blokadanın ağırlaşdırılması nəticəsində bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də böyük böhranlar baş verir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qəzza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 19:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com