Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Mart

2017
13:45
426
Qəzet kağızı və hazır çap məhsullarının ƏDV-dən azad olunması təklif edilib

Azərbaycan Mətbuat Şurasının sədri, deputat əflatun Amaşov kütləvi informasiya vasitələri üçün idxal olunan qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif edib.

FaktXəbər-in APA-ya istinadən verdiyi məlumata görə, Milli Məclisdə Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Ə. Amaşov bildirib ki, ƏDV-nin tətbiqi medianın iqtisadi durumuna mənfi təsir göstərir. O qeyd edib ki, media həssas sahədir və KİV məhsullarının ƏDV-yə cəlb edilməsindən əldə edilən gəlir elə də yüksək deyil: “Cəmi yarım milyon manatdır. Bu, cüzi rəqəmdir. Belə olan halda medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya nəzərə alınmalıdır. Təklif edirəm ki, mətbuatın indiki durumunu nəzərə alaraq ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi götürülsün. Hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram”. 

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru