Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

13 Fevral

2019
16:21
577
Qusarda əhalinin tibbi müayinəsinə başlanılıb

Azərbaycanda əhalinin tibbi müayinəsinə başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə bildiriblər ki, əhali arasında keçirilən profilaktik tibbi müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır.

Qusar rayon mərkəzi xəstəxanasının əvvəlcədən apardığı ciddi hazırlıq işləri hər kəsin qrafik üzrə hərtərəfli tibbi müayinə olunmasını təmin edir. Mayın 12-sinə kimi rayon üzrə 98 min rayon sakini müayinədən keçməlidir. Hazırda gün ərzində orta hesabla 450-500 nəfər rayon sakini müayinəyə cəlb edilir.

Sakinlər tibbi müayinələrdən yararlanmaq üçün rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsində müvafiq qaydada qeydiyyatdan keçir və yüksəkixtisaslı, təcrübəli həkim mütəxəssislərin qəbulunda olurlar. Burada onlar terapevt, kardioloq, nevropatoloq, stomatoloq və digər tibb işçiləri tərəfindən hərtərəfli müayinə və müalicə olunurlar.

Tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunacaqlar.

Rayon sakinləri tərtib olunan qrafikə uyğun olaraq mərkəzi rayon xəstəxanası ilə yanaşı kənd sahə xəstəxanalarında da müayinə olunurlar. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən keçirilən tibbi aksiyada kənd və qəsəbələrin əhalisi çox fəallıqla iştirak edir.

Qeyd edək ki, ötən il Qusarda aksiya çərçivəsində rayon əhalisinin 58-mini tibbi müayinəyə cəlb olunub. Müayinəyə gələn 14 min nəfərə ambulator müalicə təyin olunub, 660 nəfər rayon xəstəxanasında stasionar müalicəyə yerləşdirilib, 124-nəfər isə müayinə və müalicə üçün paytaxt xəstəxanalarına göndəriliblər.

Məqalədə : tibbi müayinə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Məsimli: Kəndlini aldada-aldada gedirlər

26

Aprel
19:44
MÜNASİBƏT
23

Rusiyada raket zavodu yanır - VİDEO

26

Aprel
18:19
DÜNYA
130

Aqrar sığorta üçün məbləğ açıqlanıb

26

Aprel
16:15
İQTİSADİYYAT
53

Azərbaycan polimer pula keçməyi planlaşdırır

26

Aprel
15:36
İQTİSADİYYAT
95
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 19:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru