Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Sentyabr

2017
09:28
1073
Qurban Qurbanovdan məğlubiyyətlə bağlı ilk açıqlama
"Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik"

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Çelsi”yə 0:6 hesabıyla məğlub olub. FaktXəbər-in məlumatına görə, komandamızın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

“Çempionlar Liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq, “Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağıyla bağlıdı. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibətiylə təbrik edirəm”.

Məqalədə : Qurban Qurbanov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru