Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Sentyabr

2017
10:20
558
Qurban Qurbanov: `Dişimizlə, dırnağımızla mübarizə aparacağıq`

"Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək bizim çoxdankı arzumuz idi”.

FaktXəbər-in məlumatına görə, bunu "Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov "Frans Press” agentliyinə açıqlamasında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisinin Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki rəqibləri çox güclü və təcrübəlidirlər. O, "Qarabağ”ın döyüşdən əvvəl təslim olmayacağını söyləyib: "Biz yüksək rəqabət səviyyəsini püşkatma nəticəsində İngiltərə, İtaliya və İspaniyanın top-klubları ilə eyni qrupda düşdükdən dərhal sonra hiss etdik. Qrupdakı rəqiblərimiz çox güclü və təcrübəlidirlər. Amma bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil. Biz hər bir matçda dişimizlə, dırnağımızla vuruşmağa hazırıq”.

Qurbanov sentyabrın 12-də İngiltərədə "Çelsi"yə qarşı keçirəcəkləri qarşılaşmanın çətin və ağır olacağını vurğulayıb. Baş məşqçi üzərlərinə düşən işi layiqincə yerinə yetirməyə çalışacaqlarını deyib: "Yarışa Londonda başlayırıq. "Stemford Bric”dəki oyun bizim üçün çox çətin və ağır olacaq. Üzərimizə düşən işi layiqincə yerinə yetirəcəyimizə ümid edirik”.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Oyun Londondakı "Stemford Bric" stadionunda keçiriləcək.(Report).

Məqalədə : Qurban Qurbanov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru