Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2018
14:31
Qurban Qurbanov istefa verdi - RƏSMİ

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov istefa verib.

Bu barədə qərar AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı keçirdiyi iclasında açıqlanıb.

“Mənim məsələm həll olundu. Milli ilə yollarımız ayrıldı.Klub və millidə çalışmağımın səhv olduğu bildirildi. Çalışdım ki, vicdanla işimi görüm. Məşqçi işi elədir ki, hər zaman çamadanın yanında olmalıdır.

Altı illik müqavilə bağlasaq da, əməkdaşlıq qısa çəkdi. Mən millini “Qarabağ”dan ayırmadım. Hər şey qarşılıqlı oldu. Nə göndərildim, nə istefa verdim. Bura gələrkən belə olacağını təxmin etmişdim. Düşünmürəm ki, federasiya yeni baş məşqçi seçimində səhvə yol versin. Ümumiyyətlə, heç vaxt AFFA-nı səhv qərarda suçlamamışam”, - deyə Q.Qurbanov bildirib.

Qurban Qurbanov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvlüyündən də istefa verib.

Bu barədə jurnalistlərə Qurbanov özü bildirib. 

O deyib ki, komitə üzvləri qarşısında məsələ qaldırsa da, qalmasını istəyiblər. Lakin Q.Qurbanov bütün diqqətini klubuna yönəldəcəyini vurğulayıb.

***

11:31 - Bu gün AFFA-nın inzibati binasında qurumun İcraiyyə Komitəsinin ilin yekunları ilə bağlı iclası keçiriləcək. İclasda millimizin son bir ildəki fəaliyyəti müzakirə olunacaq. 

İclasda millinin baş məşqçisi Qurban Qurbanovun istefaya göndəriləcəyi gözlənilir. Yeni baş məşqçinin adına gələn ilin əvvəllərində aydınlıq gələcəyi bildirilir.

Həmçinin 21 yaşadək millimizin baş məşqçisi Rəşad Sadıqovun da istefa verəcəyi barədə məlumat var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qurban Qurbanov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 07:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com