Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
12:09
Quldurlar 6 polisi öldürsələr də, öz əlaltılarını xilas edə bilmədi

Meksikada yerli banda üzvlərini  daşıyan polislər  La Uerta şəhərində  pusquya düşüblər. FaktXeber.com-un məlumatına görə, bu barədə The Sun xəbər verib.

Atışma nəticəsində 6 polis qətlə yetirilib və biri yaralanıb. Bununla belə quldurların əlaltısını azad etmək mümkün olmayıb.

Sosial şəbəkələrdə atışma yerindən şok fotolar paylaşılıb. Öldürülən polislərin cəsədləri yardım gələnə qədər yolda qalıb.

Bildirilir ki, hücumçulardan biri saxlanılıb, 5-i isə 3 maşınla qaçıb. Hadisə yerini tərk edərkən cinayətkarlar yollardakı maşınları yandırıblar, beləliklə də yolu bağlayıblar.

Hazırda onlar axtarışdadılar.

Qeyd edək ki, pusqunun əsas hədəfi olan quldur, polislərin əlində qalıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Meksika 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 08:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com