Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
16:29
2467
Quşların kütləvi qətliamı və təbiətin intiqamı- FOTO

Düşünülməmiş qərar hər zaman acı nəticələr verə bilər. Əgər bunu nüfuzdu bir insan edirsə, onda faciənin nəticələri lap ağır olur. FaktXeber.com olaraq bu gün Sizə 30 milyon insanın ölümü ilə nəticələnən ağılsız qərar barədə məlumat verəcəyik.

1958-ci ilin fevral ayının 12-də  Çin lideri  Mao Çzedun  bütün ölkədə  siçovulların, milçəklərin, ağcaqanadların və sərçələrin qırılması barədə fərman verir. «İri addım» adlanan siyasi  proqramın bir hissəsi olan  bu layihə 1957-ci ilin fevralın 18-də  Çin Kommunist Partiyamsının növbəti qurultayında verilmişdi. İdeya müəllifi isə nə qədər təəccüblü olsa da o zamanlar Təhsil nazirinin müavini olan bioloq Çjou Çzyan olur.

O, əmin idi ki, sərçədərin  və siçovulların kütləvi qırğını kənd təsərrüfatının çiçəklənməsi ilə nəticələnəcək. Guya «acgöz sərçələr elə sahədəcə məhsulları məhv etdiyi üçün çinlilər aclıqla baş edə bilmirlər».

Çjou Çzyan  partiya üzvlərini əmin edir ki, vaxtidə  Böyük Fridrix də eyni üsulla  kampaniya aparıbmış və nəticələr çox heyrətamiz olub.

Mao Tsedunu inandırmaq çətin olmadı: O, uşaqlığını kənddə keçirmişdi, bu səbəbdən kəndlilərlə zərərvericilərin  mübarizəsini əyani müşaiyyət eləmişdi.

Fərman imzalanır, az sonra ölkə boyu «Yaşasın Böyük Mao» şüarları ilə faunanın kiçik təmsilçəlirinin kütləvi məhvinə başlanıldı.

Milçəklər, ağcaqanadlar və siçovullarla işlər düz getmədi. Gəmiricilər  hər bir şəraitə rahat uyğunlaşan heyvanlardır, onları heç cürə tamamilə məhv etmək mümkün olmaz. Milçək və ağcaqanadlar isə onlara «elan olunmuş müharibədən» «xəbərsiz qaldılar». «Günah keçisi» sərçələr oldu.

Quşları müxtəlif yollarla məhv etməyə çalışsalar da az nəticəsi olurdu. Sonra çinlilər yeni bir üsula əl atdılar. Belə ki, quşu görən şəxs onu qorxutmağa və havada daha çox qalmasına çalışırdı: Qocalar, məktəblilər, uşaqlar, kişilər, qadınlar səhərdən axşama kimi  havada əskiləri yellədir, qazanlara vurur, qışqırır, fit çalı rvə quşları bir yerdən o biri yerə uçmağa məcbur edirdi. Üsul öz bəhrəsini verir: quşlar  havada 15 dəqiqədən artıq qala bilmirdi. Taqətsiz halda yerə düşən quşlar dəstələrlə toplanırdı.

Bundan təkcə sərçələr deyil, bütün kiçik quşqlar zərər gördü. Mətbuatda mütəmadi olaraq quş cəsədlərindən ibarət təpələr dərc olunurdu.

Məktəblilər dərsdən azad edilir, əllərinə sapand verilərək quş ovuna göndərilirdi. Xüsusi fərqlənən uşaqlar tərifnamələrlə təltif olunurdu.

Təkcə ilk 3 gündə Pekin və Şanxayda milyonlarla quş məhv edildi. İl ərzində bu say  2 milyardı ötdü. Siçovul, milçək və ağcaqanadla mübarizə çox çətin olduğu üçün onlar barədə artıq hamı unutmuşdu.

1959-cu ildə «qanadsız» Çində görünməmiş həddə məhsul oldu. Hətta bu məsələni gizlində tənqid edənlər belə, etiraf edirdi ki, quşlarla mübarizə öz bəhrəsini verib.

Lakin bir ildən sonra kənd təsərrüfatı zərərvericiləri – həşəratlar, cücülər dəhşətli dərəcədə artdı. Çinlilər özlərini itirmişdilər. İnd idə məktəblilər, fəhlələr cücüləri toplamaq üçün sahələrə göndərilirdi. Lakin heç bir tədbir faydasını vemirdi.

Nizamlanmamış təbii artım (hansı ki, quşlar tənzimləyirdi) nəticəsində həşəratlar görünməmiş dərəcədə artırdı. Onlar tezliklə bütün məhsulları məhv etdilər, sonra isə meşələrə keçdilər. Ölkədə aclıq başlayır.

Mediada bunun müvəqqəti olduğu barədə mütəmadi xəbərlər yayılsa da, insanlar kütləvi şəkildə acından ölməyə davam edirdi. Artıq dəri əşyalar, çəyirtkə, bəzən isə insan əti yeyilirdi.

Ölkədə panika başlayır.

Hesablamalara görə ölkədə ən azı 30 milyon insan öldü.

Nəhayət hökumət anladı ki, bütün bəlalar quşların qırılmasından başladı. Bundan sonra Çin  Sovet İttifaqına  və Kanadaya müraciət edərək ölkəyə təcili quş göndərilməsini xahiş edir. Sovet və Kanada rəhbərliyi əlbəttə bu xahişdən təəcüblənsələr də, çağırışa səs verirlər: Çinə vaqonlarla quş göndərilir. Bundan sonra quşların bayramı başlayır. Dünyanın heç bir ölkəsində belə yem bazası yox idi…

Həmin dövrdən bəri quşlara xüsusi qayğı ilə yanaşılır.

Məqalədə : sərçə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2018 05:15

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru