Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Oktyabr

2017
10:37
816
Qubanın 5 kəndinə yeni yol çəkilib - VİDEO

Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi işlər yekulaşmaq üzrədir.

Artıq sözügedən yollar boyu son tamamlanma işləri görülür.

Rustov kəndindən 5 istiqamətdə 36.4 kilometrlik yolların tikintisi aparılaraq yekunlaşdırılır. Bura 16 km-lik Rustov-Xanəgah-Gürdəh, 6.5 km-lik Rustov-Nöydün-Şuduq, 5.3 km-lik Rustov-Bağçalı-Yekdar, 3.1 km-lik Rustov-Hacıağalar-Qamqam, 3 km-lik Rustov-Məckəxacə yolları və 2.5 km uzunluğa malik kənd daxili yollar daxildir.

Adı çəkilən bütün yolların əksəriyyəti torpaq və qismən çınqıl örtüklü olub, eni isə cəmi 4-5 metrarası dəyişib. Bəzi hissələrdə isə ümumiyyətlə yol olmayıb. Bu səbəbdən bir-neçə kilmetrlik hissədə dağların və meşələrin arası ilə yeni yollar salınıb.

Aparılan tikinti işləri çərçivəsində yollar boyu 6 avtomobil körpüsü də inşa edilib. Belə ki, Rustov kəndində 9 və 18 metr uzunluğunda 2 körpü, Rustov-Gürdəh yolunda 18 metr uzunluğunda 1 körpü, Aşağı və Yuxarı Xanəgah kəndlərində 9 metr uzunluğunda 2 körpü, Baxçalı yolunda isə 5 metr uzunluğunda 1 körpü inşa edilib.

Hər bir körpünün ümumi eni 9 metr, hərəkət hissəsinin eni 7 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpülərdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də qurulub. Bundan başqa hər 5 istiqamət üzrə yolların altından suların ötürülməsi üçün 36 ədəd 300 mm, 78 ədəd 500 mm və 12 ədəd 1000 mm diametrlik su ötürücü boruların tikintisi də aparılıb.

Yollar boyu 2 qat olmaqla 200 min m2 sahənin asfaltlanması işləri aparılaraq yekunlaşdırılıb. Yaxın günlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanması xətləri çəkiləcək.

Sözügedən avtomobil yollarının salınması ilə 12 yaşayış məntəqəsinin 6 mindən artıq əhalisinin Quba şəhərinə gediş-gəlişi xeyli rahatlaşır, yük və sərnişin daşıması asanlaşır. Bundan başqa yeni yolların tikintisi bölgənin turizm potensialının artmasına, kənd təsərrüfatının inkişafına və insanların həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq.

Məqalədə : Yeni yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 07:10

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru