Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2019
11:24
2996
Qubada evdən 37 min manat oğurlayan şəxs tutuldu - FOTO

Mülkiyyət əleyhinə olan və bu zaman zərərçəkənlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisələrinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Faktxeber.com-a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin əvvəlində rayonun Vəlvələ kənd ərazisində yerləşən evlərin birindən 18.000 manat və 790.000 rus rublu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Elşad Əhmədəliyev olduğu müəyyən edilib. 

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, E.Əhmədəliyev əvvəlcədən qonşusuna məxsus evə qanunsuz daxil olaraq oradan oğurluq törətməyi planlaşdırıb. Yanvar ayının 1-də gecə saatlarında ev sahibinin evdə olmadığından istifadə edən E.Əhmədəliyev bu planını reallaşdıraraq, zərərçəkmişə məxsus evə qanunsuz daxil olub, evin ikinci mərtəbəsində yerləşən otağın qapısını qırmaqla oradan külli miqdarda pulu oğurlayıb. 

Oğurladığı pulun bir qismi ilə özünə “Mercedes Benz” markalı avtomobil alan Elşad Əhmədəliyev, bir qismini isə restoran və əyləncə mərkəzlərində xərclədiyini bildirib. Pulun xeyli miqdarı isə saxlanılan zaman həmin şəxsdən maddi sübut kimi götürülüb. Bundan əlavə onun idarə etdiyi avtomobildən oğurluq hadisəsi zamanı istifadə etdiyi bir ədəd qara rəngli maska, bir çüt əlcək, bir ədəd vint açan və yastıdodaq aləti (kəlbətin), həmçinin bir ədəd soyuq silah olan beş barmaq aşkarlanaraq götürülüb. 

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Maddi sübut kimi götürülən pulun xeyli miqdarı istintaq hərəkətləri tamamlandıqdan sonra zərərçəkmişə qaytarılması təmin ediləcək.

***

Qubada evlərin birindən 37 min 355 manat oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, hadisə Vəlvələ kəndində baş verib.  

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinə Vəlvələ kəndindəki evlərin birindən 18.000 manat və 790.000 rublun (19.355 manat) oğurlanması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini E.Əhmədəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Quba 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 14:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com