Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
19:18
1147
Qubada yeni futbol stadionu tikiləcək - FOTO

"Qubanın təsdiq olunmuş yeni baş plana əsasən, rayonda futbol meydançasının tikilməsi planlaşdırılır. Həmçinin 72 hektar təsərrüfat sahəsinin təyinatı dəyişdirilərək həyətyanı torpaq üçün nəzərdə tutulub".

Bu fikirləri "Report"a Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Murad Xeyrullayev deyib.

"Qudyal çayı sahilində 41 hektar ərazidə istirahət parkının salınması nəzərdə tutulub. Şəhərin Heydər Əliyev prospektində və Qudyal çayının sahilində istismar müddətini başa vurmuş həyətyanı evlərin sökülərək yerində yeni yaşayış evlərinin tikintisi nəzərdə tutulub. Quba şəhərində 2 yaşayış massivi var: "Dəvədabanı" və "Qəçrəş yolu". Buradakı küçələr genişləndirilir və abadlaşdırılır. Ümumilikdə, şəhər və ətrafında abadlaşdırma və yaşıllaşdırma işləri nəzərdə tutulub," - M.Xeyrullayev əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabineti Quba şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair “Quba şəhərinin Baş planı”nı təsdiq edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Məqalədə : Quba 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3447

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1644

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2800

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1095
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 00:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru