Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Yanvar

2017
11:45
651
Quba RİH: 10 yaşlı Nuray Bayramzadə xalasının yanındadır

"Quba Rayon Məhkəməsinin qərarına baxmayaraq 10 yaşlı Nuray Bayramzadə hazırda xalasındadır".

FaktXəbər-in məlumatına görə, bunu "Report"a açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin (RİH) aparıcı məsləhətçisi, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Elşad Əliyev deyib.

O bildirib ki, uşağın 10 yaşı təzəlikcə tamam olub: "Düzdür, hazırda məhkəmə qərarı qüvvədədir. Amma onun 10 yaşı tamam olubsa, qanunvericiliyə uyğun olaraq fikri nəzərə alınır, yəni, yenidən məhkəməyə müraciət etmək mümkündür".

Elşad Əliyev sosial şəbəkələrdə yer alan vidoya da münasibət bildirib: "Məhkəmə qətnaməsi olubsa, onu icra etmək lazım idi. Məhkəmə qətnamə qəbul edib ki, uşaq atasında verilsin. Amma Nurayı xalasından almaq mümkün olmayıb. Sonda yenə də uşağın fikrinə uyğun hərəkət olunub, yəni, o, hazırda xalasının yanındadır".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru