Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2018
15:27
Quş qripilə bağlı monitorinqlərin nəticələri açıqlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisində köçəri quşların miqrasiya marşrutlarının yerləşdiyi və havaların dəyişkənliyi nəzərə alınaraq ev quşları arasında, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında immunoloji fonun müəyyən olunması məqsədi ilə epizootoloji monitorinqlər keçirilib.

AQTA-dan FaktXəbər-ə verilən məlumata görə, monitorinqlər 27-30 noyabr tarixlərində Bakı şəhəri, Abşeron, Xaçmaz, Neftçala, Salyan və Ağcabədi rayonlarında aparılıb.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasının, Bərdə, Salyan, Sabirabad və Quba regional sınaq laboratoriyalarının, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Taun Əleyhinə Stansiyasının əməkdaşları iştirak ediblər. Toplanmış diaqnostik nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində monitorinq aparılan ərazilərdə quş qripi xəstəliyinə rast gəlinmədiyi məlum olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : AQTA quş qripi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com