Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2019
16:37
215
Qətər general Həftərə qarşı sanksiya tətbiq edilməsini istəyib

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani bəyan edib ki, marşal Xəlifə Həftərin rəhbərlik etdiyi "Liviya Milli Ordusu"na silah tədarükünün dayanması və ordu qüvvələrinin işğal altındakı rayonlardan çıxması üçün effektiv embarqo tətbiq olunmalıdır. FaktXəbər bildirir ki, bu barədə o, "La Repubblica" qəzetinə müsahibəsində danışıb.

Qətərin XİN rəhbəri əlavə edib ki, Liviyada atəşkəs elan edilməsi və sülhün bərqərar olunması üçün Xəlifə Həftərə qarşı silah embarqosu tətbiq etmək şərtdir: "Onu ən müasir silah və sursatla təmin edən ölkələrə imkan vermək lazımdır deyil ki, bunu davam etdirsin".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir Liviyanın şərq hissəsinə nəzarəti əlində saxlayan marşal Xəlifə Həftəri dəstəkləyir. Qətər isə Qətər Liviyanın qərbində müxtəlif qruplaşmalara dəstək göstərir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Liviya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 04:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru