Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Dekabr

2016
20:41
1262
İqtisadçılar Elman Rüstəmovun bəyanatına şübhə ilə yanaşır

Mərkəzi Bankın sədri Elman Rüstəmovun manatın 2017-ci ildə tam üzən məzənnəyə keçməsi ilə bağlı bəyanatı iqtisadçılar arasında birmənalı qarşılanmayıb.

İqtisadçı Natiq Cəfərli Turan-a deyib ki, dünyada tam və natamam üzən məzənnə anlayışı yoxdur.

«Əslində heç bir fərqi yoxdur. Onun bəyanatı o deməkdir ki, AMB valyuta ehtiyatını hərraca çıxarmayacaq», deyə o bildirib.

Onun sözlərinə görə, bundan sonra da manatın məzənnəsi inzibati yolla müəyyən ediləcək.  «Üzən məzənnə üçün institusional əsas yoxdur. Bunun üçün QK bazarı, valyuta birjası lazımdır. Rusiyada 11 minədək şirkət valyuta hərracında dollar təklif edir və qiymət tələblə təklif əsasında formalaşır. Bizdə isə iki subyekt var: ARDNF və AMB», deyə o bildirib.

N.Cəfərli qeyd edib ki,Neft Fondu hərracda 50 mln təklif edir, tələb isə 500-600 mln dollardır. Demək, manatın məzənnəsi bir hərracda 20 dəfə düşə bilər. Amma bu, baş vermir, çünki məzənnə inzibati yolla müəyyən edilir.

«Elman Rüstəmovun bəyanatı o deməkdir ki, 2017-ci ildə manat sürətlə qiymətdən düşəcək. Amma hakimiyyət kəskin devalvasiyaya getmir. Çünki bu proses bank sektorunu çökdürə bilər», deyə o bildirib.

Digər iqtisadçı Samir Əliyev Facebook səhifəsində yazıb ki, yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil.

«Hələlik iqtisadiyyatın neftdən asılılıq səviyyəsi yüksəkdir və məzənnənin də sərbəst buraxılması məsələsi çətinlşir. Ona görə də Azərbaycanda ölkəni dollarla təmin edəcək kanallar qurulmayınca və ya gücü artırılmayınca tam üzən məzənnəyə keçid mümkün olmayacaq», deyə S.Əliyev qeyd edir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru