Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 Dekabr

2016
14:14
2594
Qorxmayın, bunları siz də tanıyın - FOTO

FaktXəbər-in verdiyi məlumata görə, dünyada yaşayan canlıların müxtəlifliyi və sayı həqiqətən inanılmazdır. Ancaq bəzi məxluqlar doğrudan xəyal qüvvəmizi də alt-üst edir.  Mövcudluğundan xəbərsiz olduğumuz 10 canlını sizlərə təqdim edirik:

Bu kiçik varlıq çox gözəl görsənir. Bu tırtıl Braziliyada çox məşhurdur. Gözəl görünməsinə baxmayaraq ona əl vurmaq olmaz, zəhərlidir. Diqqətli olmaq lazımdır, çox yaxınlaşdıqda tikanları ata bilər.


Venesuella güvəsi

2009-cu ildə Venesuellanın Qran Sabana bölgəsində, Artur Anker tərəfindən kəşf edilmiş yeni güvə növüdür. Ancaq hələ mübahisəli növ olduğundan və hansı taksonomik qrupa aid olduğuna dair qərar verilmədiyi üçün rəsmi adı yoxdur.
 

Qara Mamba
 
Çox qorxulu və zəhərli bir ilan növüdür. Vətəni Afrikadır. Dünyanın ikinci ən uzun zəhərli ilanıdır. Qara mambanın təqribi uzunluğu 2,5 metr olur. Ən böyükləri isə 4,5 metrdir. Qara mamba adlarını zeytun rənginə çalan bədən rənglərindən deyil, ağızlarının içindəki qara rəngdən alırlar. Qara mamba quruda yaşayan ən sürətli ilandır.



Nəhəng təsbeh böcəyi
 
Malacostraca sinifindən olan, suda və ya quruda yaşayan, yeddi cüt ayaqlı qabıqlı növdür. Qalıqlarına ən az 300 milyon il əvvəl rast gəlinib. 3 mm-dən 45 sm-ə (Bathynomus giganteus) qədər müxtəlif boylarda olurlar.  Bu günə qədər 10.000 növü tapılıb. Bunlardan 4.500-ə qədəri dənizlərdə, 500-ü şirin sularda, digər 5.000-i isə quruda yaşayır.


 
Atlantik canavar balığı
 
Canavar balıqlarının daxil olduğu Anarhichadidae sinfinin ən böyük növüdür. İndiyə qədər rast gəlinən ən böyük nümunə 150 sm uzunluğunda və 23,6 kq ağırlığında olub. 600 metr dərinliklərdə yaşamasına baxmayaraq, adətən 18-110 metr dərinliklərdə görmək mümkündür.



The Sheepshead Fish
 
Dənizlərdə yaşayan bu məxluq sanki insanı və balığı birləşdirməyə çalışıb. Qəribə görünüşə sahib olsad da belə bir şey mövcuddur.



The Goliath Birdeating Spider

 
Cənubi Amerikada yaşayan bu böv, dünyanın ən böyük hörümçəyidir. Bu hörümçəyin geniş gövdəsi 170 qram ağırlığındadır.


Wrinkle faced bat
 
 
The Lamprey

 
Bofa balığı kimi tanınan, dünya mediasında "Lamprey" adı ilə tanınan çox dişli və çənəsiz balıqdır. Olduqca qeyri-adi və qorxunc balıq növlərindəndir.



The Kandiru (Vampir balıq)
 
Amazonka çayında yaşayan şirin su balığıdır. Kandirular kiçik balıqlardır. Kandiru balıqları qan sorarkən əvvəlləri şişir və təxminən 40 sm böyüyə bilir. Bədəni olduqca şəffaf quruluşa malik olduğu üçün suda görünmə ehtimalı çox azdır. Başının ətrafında bığ və qəlsəmələr var ki, bunları duyğu orqanı olaraq istifadə edir. Amazonka çayında yaşayan balıqlar əsasən qan ilə qidalanırlar. Buna görə də bu balığa vampir balığı da deyilir. İfrazat sisteminə girən Kandiru balıqları həkim müdaxiləsi olmasa ölümlərə səbəb ola bilər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru