Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 İyun

2017
11:28
448
Qocaman nazirlərə həkim məsləhəti: `65 yaşdan sonra...`

Azərbaycanın 70 yaşlı energetika naziri Natiq Əliyevin ağır vəziyyətdə Bakıdakı Neftçilər xəstəxanasına yerləşdirilməsi, daha sonra müalicə üçün Türkiyəyə aparılması neçə gündür ictimai müzakirələrə səbəb olub. Əksəriyyət 70 yaşlı nazirin təqaüdə çıxmaq istəməməsindən, bu yaşda belə məsuliyyətli vəzifədə çalışmaqla özünə əziyyət verməsindən təəccüblənir. Hələ üstəlik ürəyində də problemləri varsa...

Yeri gılmişkən, Natiq Əliyevdən bir müddət öncə Baş nazirin 77 yaşlı müavini Abid Şərifov da ürəyindəki ciddi promlemlə əlaqədar təcili olaraq İsrailə aparılmış və orada klinikaya yatırılmışdı.. 

Doğrudan da bəzi yüksək postlar tutan qocaman məmurların vəzifədən getməmək istəməməsi suallar doğurur... Hakimiyyət uzun illər birlikdə yol gəldiyi, sadiqliyinə inandığı qocaman məmurları postlarında saxlamağa üstünlük verə bilər, bəs, səhhətində problemlər yaranan həmin şəxslərin özləri niyə bununla razılaşırlar?  Axı niyə çalışdıqları vəzifələrin gərgin iş rejimini nəzərə almırlar? Hər gün görüşlər, tədbirlər, qəbullar, bununla yanaşı stress, yorğunluq və digər amillər 70 yaşlı nazirlərin səhhətində özünü göstərməyə bilməz..

Energetika naziri Natiq Əliyevin və Baş nazirin müavini Abid Şərifovun səhhətinin pisləşməsi buna bir daha əyani nümunələr oldu...

“Oturaq həyat tərzi, anormal qidalanma..”

Tibb üzrə ekspert Adil Qeybulla Modern.az-a açıqlamasında bildirib ki, gərgin iş şəraiti, yaş öz sözünü desə də, burada fərqli faktorlar da var:

“Məmurların gərgin iş şəraiti ilə yanaşı, onları bu vəziyyətə gətirən daha çox oturaq həyat tərzi, qidalanmanın anormal olmasıdır. Xəstəliklərin əsasında dayanan səbəblərin yaranmasında stressin rolu çox olsa da, sadaladığım faktorlar daha çox rol oynayır. Hazlrda ürək-damar xəstəliklərinin xeyli cavanlaşması, bunun sayəsində əmək qabiliyyətini itirən insanların sayının artması bunu bir daha sübut edir.

Azərbaycana son vaxtlar xolestrinli qidaların, aşağı kefiyyət parametrləri ilə xarakterizə olunan kərə yağlarının çox daxil olması və eyni zamanda insanların qəbul etdiyi kalori ilə sərf etdiyi kalori arasında balansın olmaması da bu cür xəstəliklərin formalaşmasına şərait yaradır.  

Eyni zamanda tənbəlliyin, çox yatmağın, hərəkətsizliyin xəstəliklərin yaranmasına təsiri böyük olur. Bütün bunlar ürək-damar xəstəliklərinin yaşını xeyli cavanlaşdırır. 

Bu faktorlar məmurlarda da var. Hətta bəzi məmurlar idmanla məşğul olub sağlamlığının qeydinə qalsalar da, onların da qidalanma tərzi anormaldır. Yəni az hərtəkətlilik çox qida qəbulu və.s  kimi problemlər yaşanır. Bu cür problemlər təkcə məmurları deyil, bütün əhalini əhatə edir. Boynumuza almalıyıq ki, millət olaraq tənbəlik”.

“İnsanlar 65 yaşdan sonra azad həyatla məşğul olmalıdır”

“Təbii ki, iş gərginliyi də səhhətə təsir edən faktorlardan biridir. Bizdə kütləvi idmana meyl yoxdur. Avropa ölkələrinin bütün şəhərlərində geniş ayrılmış yaşıllıqlar, insanların həftə sonları idman etməsi üçün yaradılan şəraiti müşahidə etmək olar. Amma bizdə bunların heç biri yoxdur.

Burada yaş faktoru da önəmlidir. Yuxarı yaşlı insanlarda ürək-damar xəstəlikləri qaçınılmazdır. Bütün xəstəliklər yığılıb müəyyən yaşda özünü göstərir.

Düşünürəm ki, insanlar 65 yaşından sonra azad həyatla məşğul olsalar, daha yaxşı olar”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru