Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Noyabr

2011
17:22
QOBİ SƏHRASINDAKI OBYEKTLƏRİN SİRRİ NƏDİR?
İnternet istifadəçiləri və araşdırmaçılar Qobi səhrasının peykdən görüntülənən foto şəkillərində yeni anlaşılmaz obyektlər müşahidə ediblər

Faktxeber.com-un verdiyi məlumata görə, «Google»nin peykdən görüntülənən  foto şəkillərində əks olunan  və dünya internet ictimaiyyətini həyacanlandıran  Qobi səhrasında sirli siklopik obyektlərin bir hissəsi eyniləşdirilsə də, bir neçə  nəhəng inşaatın əsli və vəzifəsi əvvəlki kimi naməlum olaraq qalır. İnternet istifadəçiləri və araşdırma ilə maraqlananlar peyk görüntülərindən  yeni  anlaşılmaz tikililəri müşahidə ediblər.
Britaniyanın «The Guardian» qəzetinin yazdığına görə, fotoların bəzilərində sirli heç nə yoxdur, bunlar Çinin varlığını gizlətmədiyi  hərbi və sənaye obyektlərdir.
Digər fotolarda isə küləklə işləyən qurğuları aydın görmək olar. Qeyd edək ki, Çin son illər külək enerjisindən istifadədə xeyli irəliyə gedib.
Bununla belə, bloqqerlər  yeni sirli obyektlərin görüntülərini əldə ediblər. Məsələn,  səhranın  tən ortasında  yaşıl düzbucaqlı şəklində nəhəng tikilinin məqsəd və vəzifəsinin  hələ heç kəs izah edə bilməyib.
Bundan əlavə, nəhəng qeyri-təbii mavi kvadratşəkilli tikilinin təyinatını müəyyən etmək mümkün olmayıb.
Həmçinin  öz aralarında birləşən nəhəng xətlərin, iri kvadratların və 28 km ölçüsündə böyük məhəccərlərin kimə məxsusluğu barədə də məlumat almaq mümkün olmayıb.
Bir müddət əvvəl bloqqerlər məlumat yaymışdılar ki, bu konstuksiyaların bir hissəsi  hərbi təyinatlar üçündür, Britaniyanın  müdafiə məsələləri üzrə eksperti  Tim Ripli  bu quruluşu Nevada ştatında Pentaqonun «Zona 51» məxfi bazası ilə müqayisə etmişdi. Digər versiya isə ondan ibarət idi ki, çinlilər səhrada  irimiqyaslı «xəritə» hazırlayırlar ki, ehtimal olunan hücumda məşq edə bilsinlər, bundan əlavə, onların fikrincə bu obyektlər Çin casus-peyklərinin  kalibrləşdirilməsi üçün də ola bilər.


Emilya

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 04:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com