Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Mart

2017
15:01
1213
QMİ Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günü ilə bağlı mərasim keçirib

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd peyğəmbərin (s) özündən sonra yeganə sağ qalan övladı və onun nəslinin davamçısı Həzrət Fatimeyi-Zəhranın (ə) şəhid edilən günü ilə bağlı anım mərasimi keçirilib.

FaktXəbər-in məlumatına görə, din xadimlərinin, ilahiyyatçı alimlərin Bakı İslam Universitetinin müəllim və tələbələrinin iştirak etdiyi mərasim Qurani-kərimin tilavəti ilə başlayıb. Mərasimdə, həmçinin İslam dininin möhkəmlənməsi və Azərbaycanın ərazi bütövlüyü yolunda həyatlarından keçən şəhidlərin xatirəsi yad olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Həzrət Fatimeyi-Zəhranın (ə) vəfatı münasibətilə keçirilən anım mərasiminin ənənəvi xarakter daşıdığını bildirib.

QMİ sədri ölkədə aparılan din-dövlət siyasəti, məscid və ziyarətgahların təmir-bərpası, din xadimlərinə yaradılan şərait barədə danışıb: "Dindarlar Azərbaycan vətəndaşları olaraq müstəqil dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirləri dəstəkləyir, Vətənimizin daha da qüdrətlənməsi, sabitliyin möhkəmlənməsi üçün çalışırlar".

Qeyd edək ki, mərasimdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Höccətül-islam vəl müslimin Seyid Əli Əkbər Ocaqnejad da iştirak edib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru