Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
11:45
`Qloballaşma vergi orqanları üçün çətinlik yaradır`

"Qlobal şirkətlərin vergiləri minimallaşdırmaq məqsədi ilə müxtəlif sxemlərdən istifadə etməsi, yekun mənfəəti əldə etmək üçün qarşılıqlı asılı olan şəxslər arasında əməliyyatları və qiymətləri sövdələşmə yolu ilə planlaşdırması vergi orqanları üçün bir çox çətinliklər yaradır".

Bunu “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Vergilər Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin təqdimat mərasimində vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun fikrincə, belə davranışdan yaranan vergi riskləri bu gün geniş yayılmış vergidən yayınma formalarından biridir: "Qloballaşma prosesinin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Azərbaycan da bu baxımdan müəyyən çağırışlarla üzləşir". 

Nazir həmçinin qeyd edib ki, tvinninq layihəsi üzrə keçirilmiş tenderin qalibi Yunanıstanın Vergi Administrasiyası və Beynəlxalq Avropa İqtisadi Hüquq Mərkəzidir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Vergi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 07:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com