Tarix:15-03-2017 15:55
“Qələm” yazarlar birliyinin təqdimatı keçirilib
Şərh yaz
“Bəşər övladı, dünya xalqları daş, ağac, dəri və sair üzərində müxtəlif işarələrlə fikir bildirənə, əlifba formalaşdırıb yazı vərdişləri əxz edənə qədər də çox zəngin mədəniyyət xəzinəsinə malik idi. Qələm-kağız qovuşuğunda baş verən tərəqqi, intibah isə əvvəl yaranmışların da əbədiləşməsi, tarixin yaddaşına həkk olunması ilə nəticələndi. Və min illərdir təkmilləşərək yol gələn bu prossesin alternativ variantı yoxdur. Doğrudur, elmi-texniki inqilablar, avtomatlaşdırma sayəsində yazı, nəşr, yayım işləri xeyli asanlaşdı, inkişaf tapdı. Amma qələm elə qələmliyində qalaraq, öz nüfuzunu, lazımlılığını, sərfəliliyini, dəstəyini qoruyub saxladı. Qələm həm də müqəddəsdir – Allah-təalanın Qurani-Kərimdə and yerlərindən biridir: “Anda olsun qələmə və onunla yazılanlara…”  Elə bu səbəbdən də yaratdığımız təşkilatı “Qələm” Yazarlar Birliyi adlandırmaq qərarına gəldik”.
 
Bu barədə yeni təsis olunan yaradıcılıq qurumunun təqdimat mərasimində jurnalist Qurban Cəbrayıl məlumat verib.
 
Qeyd olunub ki, “Qələm” Yazarlar Birliyi Azərbaycan yazıçılarının, jurnalistlərinin, şairlərinin, filosoflarının, araşdırmaçılarının, tərcüməçilərinin, ümumiyyətlə söz-fikir adamlarının, daha çox da İslami, mənəvi-əxlaqi mövzularda yazıb-yaradan qələm sahiblərinin arzularının ifadəçisinə çevrilməyə çalışacaq: 
“Qurumun ayda bir dəfədən az olmayaraq keçiriləcək toplantılarında yeni işıq üzü görən kitabların təqdimatı, maraq doğuran əsərlərin müzakirəsi, əlamətdar tarixi hadisələr və yubileylərin keçirilməsi, yazarların hüquq və azadlıqlarının müdafiəsi, vətənimizə, dinimizə, mənəvi-əxlaqi dəyərlərimizə yönələn təhqir, böhtan, hədə dolu yazıların cavablandırılması, yanlış, həqiqətdən uzaq informasiyaların təkzibi və sair kimi məsələlər nəzərdə tutulmuşdur”.
 
Daha sonra tədbirə təşrif buyuran qonaqlara söz verilib. “Təhsil” jurnalının əməkdaşı, qocaman jurnalist İdris Hacızadə, DEVAMM sədri, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu, “Məcməüş-şüəra” Ədəbi Məclisinin sədri, tarix elmləri doktoru, professor Şahin Fazil, Azərbaycan Yazıçılar Birliyi bədii tərcümə və ədəbi əlaqələr şöbəsinin müdiri Səlim Babullaoğlu, Azərbaycan Milli Ensiklopediyasının əməkdaşı Rüstəm Tofiq, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, siyasi elmlər doktoru, politoloq Rövşən Novruzoğlu, AİP mətbuat xidmətinin rəhbəri Akif Heydərli, şairə Gülarə Munis, “Qazilər” saytının baş redaktoru Rey Kərimoğlu, fəlsəfə doktoru Mail Yaqub, şair-tərcüməçi Hafiz Rüstəm, “Qafqaz-media” İB-nın sədri Azadə Taleh, “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Vahid Poeziya Evinin rəhbəri Rafiq Şirvanlı və başqaları çıxış edərək, arzu və təkliflərini bildiriblər.   
 
Tövsiyələr sırasında həqiqi İslam maarifçiliyinin, vətənpərvərlik mövzusunda müsabiqələrin, mədəni-kütləvi tədbirlərin reallaşması, tarix-mədəniyyət abidələrinin mühafizəsi, humanitar sahədə elmi-tədqiqat işlərinin dərci və təbliğinə töhfə verilməsi istəkləri dilə gətirilib, ölkəmizin yaradıcı şəxslərinin, o cümlədən, sərhədlərimizdən kənarda yaşayıb taleyüklü problemlərimizin həllinə çalışan, ümumxalq maraq və mənafelərinin keşiyində duran insanların, bir sözlə müstəqil Azərbaycanımızın hər bir dostunun təşkilata üzvlüyü arzuları səsləndirilib. “Təqdimatdan sonra mərhələli şəkildə təşkilatı məsələlərə baxılacaq və “Qələm” Yazarlar Birliyinin rəsmi qeydiyyata alınması üçün müvafiq sənədləri hazırlanmaqla Ədliyyə Nazirliyinə müraciət olunacaq” – deyə, sonda Qurban Cəbrayıl bildirib:
 
“Bahar mövsümünü yaşayırıq və günəşin torpağa toxunan isti nəfəsi ana təbiəti  oyandırmaqdadır. Ən böyük, şaxəli, qol-budaqlı ağaclar belə, bir toxumdan, qələmdən yaşam haqqı qazanıblar. Biz də Azərbaycan media məkanına, münbit düşüncələrə bir “Qələm” əkdik. İnşallah, cücərər, bitər, boya-başa çatar..!”
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
“Qələm” - yazarlar - birliyinin - təqdimatı - keçirilib -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:15-03-2017 15:55 - Oxundu: 452
Mədəniyət
27-04-2017 09:57 Ukrayna Hollivud ulduzunu "qara siyahı"ya salıb
24-04-2017 14:18 Azərbaycanlı gəncin videosu dünya üzrə ilk 10-luqda yer aldı - VİDEO
20-04-2017 10:21 "Kurtlar Vadisi Vatan"ın çəkilişindən ilk FOTOLAR
18-04-2017 15:36 Bakıda "Mübariz" filminin tizeri mətbuata təqdim edilib - FOTO
13-04-2017 09:59 Silvestr Stallone "Warner Brothers"i məhkəməyə verib
10-04-2017 11:05 Polad Ələmdar geri qayıdır: "Kurtlar Vadisi Pusu"nun çəkilişləri başladı
07-04-2017 09:35 Cəmi 2 həftə əvvəl işıq üzü görən kitab bestseller oldu - FOTO
06-04-2017 20:39 Tiflisdə Azərbaycanın 13 yaşlı rəssamının sərgisi açılıb - FOTO
30-03-2017 14:29 Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkilib
30-03-2017 11:48 “Nu poqodi”nin bu seriyasını demək olar heç kim görməyib - VİDEO
29-03-2017 11:07 Rusiyada Mədəniyyət Nazirliyin departament rəhbəri həbs edildi
28-03-2017 14:47 Nazir: "Bəzi kitabxanalar bağlanacaq"
28-03-2017 14:16 Azərbaycan iranlı musiqiçinin Qarabağdakı konsertinə etiraz etdi
22-03-2017 09:32 "Ermənistan barədə dedim ki,.." - Sami Yusif Bakıda
15-03-2017 15:55 “Qələm” yazarlar birliyinin təqdimatı keçirilib
14-03-2017 11:35 İtaliyada "dəlisov" sərgidə ilk dəfə Hitlerin əsəri təqdim olundu - FOTO
14-03-2017 11:11 Balacalar "Çərşənbələr" adlı tədbirdə - FOTO
14-03-2017 10:57 Bestseller kitablar müəllifi Rövşən Abdullaoğlundan YENİ psixoloji roman
14-03-2017 09:03 Azərbaycanda Novruzun sonuncu - “İlaxır çərşənbə”si qeyd olunur
07-03-2017 09:12 Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
03-03-2017 12:09 "Uolt Disney" homoseksuallığın təbliğinə "qapını açdı" - VİDEO
03-03-2017 10:35 İran yeni animasiya filmi ilə ABŞ-a cavab verib - VİDEO
02-03-2017 15:03 Alimlər: Kanada dünyanın ən qədim yaşayış məskənidir
28-02-2017 08:41 Azərbaycanda Od çərşənbəsi qeyd olunur
27-02-2017 11:21 "Oskar"da sürprizlər: Trampa ismarıc, İran filmi, müsəlman qalib…-VİDEO
27-02-2017 10:08 "Oskar" mükafatının təqdimetmə mərasimində qalmaqal - VİDEO
21-02-2017 08:44 Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir
18-02-2017 12:04 Robert De Nirodan jurnalistlərə bahalı təklif
18-02-2017 10:32 Mənasız sözlər açıqland: aşnabaz, aftafa-ləyənsiz, arvadyosunlu - SİYAHI
16-02-2017 15:44 Şah İsmayılın İmam Əli (ə) haqda yazdığı şeirlərin əsli tapılıb
15-02-2017 15:37 Rac Kapurun Bakı səfərindən MARAQLI KADRLAR
14-02-2017 15:41 Qarabağ barədə iranlı rejisorun çəkdiyi filmin fraqmenti yayılıb
08-02-2017 11:53 İstanbulda "erməni qətliamı"ndan bəhs edən film göstəriləcək - Video
07-02-2017 16:58 Türkiyə Məhkəməsi Polad Ələmdarla bağlı qərarını açıqladı
01-02-2017 13:04 Sami Yusuf Donald Trampa sərt etiraz etdi
31-01-2017 09:24 Kiçik çillə - “qışın oğlan çağı”
27-01-2017 10:19 Kürdüstan Birliyindən “Məhəmməd Allahın Rəsuludur” filminə qadağa
25-01-2017 10:57 “Oskar” mükafatına namizədlərin adları açıqlanıb - SİYAHI
23-01-2017 17:08 "Kurtlar Vadisi Pusu"nun başlamamasının səbəbi məlum oldu
14-01-2017 10:50 Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş etdiriləcək
12-01-2017 11:12 Sami Yusif Bakıya gəlir
09-01-2017 20:39 Nazirlikdən Rusiya kanalındakı erməni iddialarına cavab
30-12-2016 16:13 "Verilişlərin keyfiyyətinin aşağı olması bizi çox düşündürür"
28-12-2016 16:56 “Kurtlar Vadisi Pusu”nun başlayıb-başlamayacağı bəlli oldu!
26-12-2016 09:10 Tanınmış muğam ustadı dünyasını dəyişib
12-12-2016 21:49 "Şəki və onun tarixi hissəsi" YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilə bilər
10-12-2016 15:12 Sevil nənə: Odunla sac üstündə bişirilən lavaşın ləzzəti bambaşqa olur
09-12-2016 10:09 Eyni xəbəri kanallar necə təqdim edərdi - VİDEO
02-12-2016 10:35 Xızır peyğəmbərin bayramı YUNESKO-nun mədəni irs siyahısında
30-11-2016 21:21 Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib
30-11-2016 15:01 Novruz bayramı YUNESKO-nun siyahısına daxil edilib
24-11-2016 16:26 Kukla Teatrında “Unudulmuş kukla”
24-11-2016 16:17 Kurtlar Vadisi yeni mövsümə nə zaman başlayacaq?
22-11-2016 14:21 “Azərbaycan xalçaları” jurnalının XX sayı nəşr olunub
28-10-2016 10:32 Çəkiliş meydançasında Brus Linin oğlunu güllələyən aktyor vəfat edib
27-10-2016 12:32 Fuad Poladov: "Azdrama"dan getmişəm
26-10-2016 15:07 Tanınmış aparıcıdan MTRŞ-a şikayət olundu
20-10-2016 14:42 Bakıda ilk dəfə çörək festivalı keçirildi - FOTO
15-10-2016 13:53 Akademik Milli Dram Teatrında "Generalın son əmri” tamaşası nümayiş olunub
13-10-2016 15:12 Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az