Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

05 Yanvar

2017
12:17
1842
Qəhrəman körpə videosu dünya gündəmini zəbt edib - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, iki gündür dünyanın gündəmindən düşməyən, qardaşını xilas edən uşağın videosunun saxta olduğu iddia edilib.
 
İki yaşlı körpənin əkiz qardaşını aşan şdolabın altından xilas etdiyi görüntülər Yutubda yükləndiyindən bəri 5 milyondan çox izlənilib. Ancaq bəzi tamaşaçılar tərəfindən inandırıcı olmayan videonun ailə tərəfindən xüsusi ilə çəkildiyi iddia edilib.
 
ABŞ-da çəkilən görüntüləri izləyənlərin böyük əksəriyyəti iki yaşındakı Boudinin qardaşını qəhrəmancasına xilas edilməsinə yönəltsə də bəziləri videodakı bəzi  məqamlara toxunublar.

Yazılan rəylərdə siyirtmələrin boş olması, otaqda heç kimin olmaması, üstəlik dolabın aşmasından sonra heç kimin bunu eşidib körpələrə kömyə gəlməməsi şübhə doğurduğu bildirilib.

Kameranın, otağın küncündə yerləşən dolabı çəkməsi başqa bir sualdır.

Hadisədən sonra ABŞ-da televiziya proqramlarına qonaq edilən körpələrin atasının, gizli kamera satan firmada çalışdığını söyləməsi videonun reklam olduğu iddialarını gücləndirib.

Bu cür gizli kameralar xüsusilə baxıcıları izləmək üçün evlərə yerləşdirilir və "baxıcı kamerası" adlanır.
CNN-ə açıqlama verən ailə isə bu iddiaları rədd edərək baş verənlərin təsadüf olduğunu bildiriblər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 19:00

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru