Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2018
10:22
3373
Qüds günü ilə bağlı müsabiqə qalibləri mükafatlandırılıb

Qələm Yazarlar Birliyi (QYB) Beynəlxalq Qüds günü ilə bağlı elan olunan məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib. Tədbirdə ölkənin tanınmış ilahiyyatçıları, ictimai-siyasi xadimləri və jurnalistlər iştirak edib.

"Hər gün Qüds günüdür" adlı tədbiri QYB sədri Qurban Cəbrayıl açaraq İslam dünyasının Qüds dərdindən danışıb.

Sonra AİP sədrinin müavini Akif Heydərli, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, təqdiqatçı politoloq Rövşən Novruzoğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ilahiyyatçı-alim Musrza Heydərov, AİP Qadınlar Şurasının və Əsgər Analarına Dəstək İB-nin sədri Növrəstə İbrahimova, "Fatimə" jurnalının redaktoru Kəklik Heydərzadə və başqaları çıxış edərək Qüds gününün elmi-fəlsəfi mahiyyəti,  bu günü anmanın siyasi dünyamızda yeri barədə danışaraq, Qarabağ, Suriya, Yəmən, Bəhreyn, Liviya və sair müsəlman ölkələrdə baş verənlərlə uzlaşdırdılar.

Tədbirin sonunda müsabiqədə yer tutan qələm sahibləri mükafatlandırıldı.

Qeyd edək ki, birinci yerə "Moderator" saytının əməkdaşı Sultan Laçın, ikinci yerə "Yeni Müsavat" qəzetinin əməkdaşı Kənan Rövşənoğlu, üçüncü yerə isə FaktXeber.ru saytının əməkdaşı Natavan Baxşıyeva layiq görüldü.

Məqalədə : Qüds günü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tələsən oğlan - VİDEO

21

May
22:04
NƏQLİYYAT
1555

Azərbaycanda 2 internat məktəbi ləğv olundu

21

May
18:18
ELM / TƏHSİL
48

Dolların sabaha olan məzənnəsi açıqlandı

21

May
18:05
İQTİSADİYYAT
73
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 23:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru