Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2018
11:45
765
Qəbələyə istirahətə gedən gənclər ağır qəzaya düşüb

Qəbələ rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Ötən gecə saat 23:30 radələrində Qəbələ şəhərinin mərkəzində “Merсedes” markalı minik və “İveco” markalı yük avtomobili toqquşub. 

Hadisə zamanı minik avtomobilində olan 6 nəfər-Göyçay rayon sakinləri, 1987-ci il təvəllüdlü İsmayılov Elşən Elmdar oğlu, 1990-cı il təvəllüdlü Bəkirov Elçin Mahir oğlu, 1991-ci il təvəllüdlü Mərdanov Kənan Arif oğlu, 1993-cü il təvəllüdlü Babayev Səlim Soltan oğlu, 1991-ci il təvəllüdlü Babayev Fuad Soltan oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Namiq Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların Göyçaydan Qəbələyə istirahətə getdiyi bildirilir.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

Məqalədə : Qəbələ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-07-2018 07:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com