Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
11:05
Qazaxlar bu latın qrafikasından istifadə edəcək - FOTO

Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın qrafikalı yeni əlifbanın təsdiqlənməsi barədə fərman imzalayıb.

RİA “Novosti” xəbər verir ki, yeni əlifba 32 hərfdən ibarətdir.

Qeyd edək ki, Nursultan Nazarbayev ötən ilin oktyabrında qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.

1929-1940-cı illərdə Qazaxıstanda istifadə edilmiş latın əlifbası “Yanalif” və ya “Yeni türk əlifbası” adlanırılıb. Bu əlifba keçmiş SSRİ-də xüsusi komitə tərəfindən hazırlanmışdı. Qazaxıstanın yenidən latın əlifbasına keçməsi məsələsi ölkə prezidentinin təşəbbüsü ilə 2007-ci ildə müzakirə edilir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qazaxıstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2018 07:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com