Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Dekabr

2016
10:59
490
Qarlı hava sərnişin qatarlarının hərəkətinə necə təsir edib?

Şaxtalı və qarlı hava şəraiti Azərbaycan və beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkətinə maneçilik törətməyib. Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, dekabrın 15-də ölkə ərazisində qeyri-sabit hava şəraitinin hökm sürməsinə baxmayaraq, Azərbaycanın bölgələrindən və beynəlxalq istiqamətdən Bakıya gələn sərnişin qatarları vaxtında mənzil başına çatıb:

"Həmçinin, Bakı Dəmir Yolu Vağzalından bölgələr və digər ölkələr üzrə hərəkət edən qatarlar da vaxtında qəbul edilib. Bakı-Sumqayıt istiqamətində hərəkət edən sürət qatarı da qrafik üzrə hərəkətini davam etdirir, gecikmə halları olmayıb". (Trend)

Məqalədə : qar hava qatar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru