Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Noyabr

2018
12:35
`Qarabağ`ın təyyarəsi Ukraynadan uçuş edə bilmir

Azərbaycan çempionu “Qarabağ”ın Ukraynadan Bakıya dönməsində problem yaranıb.

Əlverişsiz hava şəraiti ucbatından komandanı Bakıya gətirməli olan təyyarə geriyə qayıda bilməyib. Təyyarə bu gün yerli vaxtla saat 12:00-da Poltava hava limanından uça biləcək.

Əvvəl təyyarənin Bakı vaxtı ilə saat 03:30-da havaya qalxacağı planlaşdırılmışdı. AZAL şirkətinə məxsus təyyarə saat 07:00-da Heydər Əliyev adına hava limanına eniş etməli idi.

Qeyd edək ki, “Qarabağ” “Vorskla” üzərində 1:0 qələbə qazanaraq ilk xalını qazanıb və ilk qolunu vurub. Bu matç şaxtalı hava şəraitində keçib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 16:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com