Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2018
15:07
`Qarabağ`ın ev oyununa iki günə 5 min bilet satılıb

"Qarabağ" klubunun Sloveniya "Olimpiya"sı ilə keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün 5 min bilet satılıb.

Tofiq Bəhramov stadionunda baş tutacaq matça bu qədər bilet satışa çıxarıldıqdan sonra iki gün ərzində alınıb. Arenanın tutumu ümumilikdə 31200 nəfərlikdir. Qiymətlər sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək “Qarabağ” - “Olimpiya” oyunu saat 21:00-da başlayacaq. Ağdam təmsilçisi səfərdə keçirdiyi ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 02:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com