Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

09 Oktyabr

2019
21:19
626
`Qarabağa gedən yol şəhidlikdən keçir` mövzusunda dəyirmi masa

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə bu gün “Qarabağa gedən yol şəhidlikdən keçir” mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbiri QAT sədri Akif Nağı açıb, giriş sözü söyləyib. Sonra ilahiyyatçı-filosof, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, Qarabağ Əlillər Cəmiyyətinin sədri Firidun Məmmədov, el ağsaqqalı Hacıağa Nuri, Qarabağ qazisi, şəhid atası Əkbər Rüstəmov, AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova, Qarabağ qazisi Zaur Bayramoğlu və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

QAT sədri Akif Nağı Kərbəla şəhidlərinin növbəti ildönümü günlərində İmam Hüseyn (ə) şəhidlik məktəbini  xatırlayıb. Qarabağın azadlığına aparan yolun şəhidlikdən keçdiyini bəyan edib. O qeyd edib ki, Azərbaycan xalqı artıq Ermənistanın işğalına, hərbi təcavüzünə, vandalizm və vəhşiliklərinə dözmək istəmir, bunu birmənalı şəkildə nümayiş etdirir. Odur ki, xalq müharibə yolu ilə öz torpaqlarının işğaldan azad olunmasını tələb edir.

Sonda Dəyirmi Masa iştirakçıları bəyanat qəbul ediblər. Bəyanatda deyilir: "Kərbəla şəhidlərinin növbəti ildönümü günlərində bir daha İmam Hüseyn (ə) şəhidlik məktəbini yada salır, Qarabağın azadlığına gedən yolun şəhidlikdən keçdiyini bəyan edirik. Yüz illərdir ki, Kərbəla müsibəti insanların yaddaşlarından silinmir, İmam Hüseyn şəhidlik nümunəsi insanları haqsızlığa, ədalətsizliyə, zülmə, işğala, təcavüzə qarşı mübarizəyə ruhlandırır, minlərlə fədaini, mücahidi müqəddəs savaşa səfərəbər edir. Xalqımız Ermənistanın işğalına, təcavüzünə, erməni vəhşiliyi və vandalizminə artıq dözmək istəmədiyini birmənalı şəklidə nümayiş etdirir. Torpaqlarımız, ata yurdumuz, mənəvi, dini dəyərlərimiz, heysiyyatımız, mənəviyyatımız artıq düşmən tapdağından azad edilməlidir. Azərbaycan xalqı dəfələrlə düşmənə qarşı ölüm-dirim savaşına girməyə, ölməyə və öldürməyə hazır olduğunu bəyan edib. Biz də Azərbaycan xalqının iradəsinə söykənərək, Kərbəla şəhidlərinin, Qarabağ Şəhidlərinin nümunəsindən örnək götürərək, Azərbaycan hakimiyyətindən yağı düşmənə qarşı dərhal müqəddəs savaşın başlanmasını tələb edir, bu savaşın önündə olacağımızı bəyan edirik! Başqa yol yox artıq! Ya Qarabağ, ya ölüm!"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
60

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
306

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
105

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
62

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
65

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
100
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 03:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru