Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

17 Noyabr

2016
16:25
1152
Qapısız, pəncərəsiz… Nyu-Yorkda sirli göydələn kəşfiyyat mərkəzi imiş

Nyu-Yorkun  ən qeyri-adi binalarından biri, Manhettendə 29 mərtəbəli göydələn -Milli Təhlükəsizlik Agentliyinin obyektidir. Bu bina nüvə müharibəsi olacağı təqdirdə qala kimi tikilib: bina fövqəladə vəziyyətdə  rabitə ilə təmin edəcək telekommunikasiya ilə təchiz olunub. Layihəçilərin  planına əsasən  partlayışdan  bir neçə həftə sonra  binada  1500 insan gizlənə bilər.

FaktXeber.com-un verdiyi məlumata görə, The Intercept nəşri Amerika xüsusi xidmət orqanlarının binada nəyi gizlətdiyini aydınlaşdırıb.

Bina  Amerikanın ən nəhəng  telekommunikasiya  kompaniyalarından olan AT&T məxsusdur. Orda  abonetlər arasında  rabitəni yaradan  telefon stansiyası yerləşdirilib. Bu gün bina  ABŞ Milli Təhlükəsizlik Agentliyinin informasiya toplayan və telefon dinləmələri ilə məşğul olan  əsas mərkəzi kimi istifadə olunur. Burda təkcə sadə vətəndaşlar deyil, BMT, BVF, Ümumdünya Bankı  və ABŞı-n yaxın müttəfiqləri olan Almaniya, Fransa, Yaponiya da daxil olmaqla 38 ölkəni dinlənilir.

O da bildirilir ki, qüllədə quraşdırılan  təchizatlardan birinin əsas vəzifəsi  Skidrowe çərçivəsində peyk siqnallarını tutmaqdır.

Binanın kod adı  «Titanpointe»dir.

Binada həmçinin  texnikanı normal funksiyası üçün generatorları 2 həftə təmin edəcək qədər yanacaq var.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com