Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

"Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etmədiyi şəxslərin qanunsuz, eləcə də dinə zidd şəkildə nikah bağlaması əməllərinə qarşı hər zaman mübarizə aparılıb".
Bunu "Report"a QMİ-nin Fətva və moizə şöbəsinin əməkdaşı Valeh Nəsirov bildirib.
Onun sözlərinə görə, QMİ regionda olan ruhanilərin hər birinə dövlət nikahı olmadan dini kəbin bağlamamağı tapşırıb: "Bu qadağaya əməl etməyənlər qanunamüvafiq şəkildə cəzalandırılırlar. QMİ ilə əlaqəsi olmayan din xadimləri qanunsuz dini nikah bağladığı halda onlara qarşı həm dövlət, həm də idarə tərəfindən mübarizə aparılır. Ölkə ictimaiyyəti də bu mübarizədə fəallıq göstərməlidir. Biz dünyəvi dövlət olduğumuza görə bu hala yol verən din xadimlərinə dövlət qanunlarına uyğun şəkildə mühakimə olunmalıdır. Əgər Gəncə şəhərində doğrudan da kimsə qadağan olunmuş nikah bağlayıbsa, dövlət tərəfindən öz cəzasını alacaq".
V.Nəsirov deyib ki, "Quran"ın Nisa surəsinin 23-cü ayəsində hansı qohumlarla nikah bağlamağın haram olduğu buyurulub: "Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!"
Qeyd edək ki, kütləvi informasiya vasitələrində Gəncə şəhərində əminin qardaşı qızını qaçırması və onunla dini nikaha daxil olması məsələsi ilə bağlı məlumatlar yayılıb.
- 24-04-2018 12:45 Azərbaycanlı fəhlə azan oxudu, hamı heyran qaldı - VİDEO
- 22-04-2018 11:54 "Ali-Muhəmmədin (ə) Zəburu" müəllifinin mövludu mübarək olsun!
- 21-04-2018 17:46 Xanım Fatimeyi-Zəhra Məscidinin (s.ə) axundu dəyişdi
- 21-04-2018 10:03 Bu gün Həzrət Əbülfəzl Abbasın (ə) mövlud günüdür
- 20-04-2018 12:09 Zəvvarların növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb
- 20-04-2018 10:38 Bu gün İmam Hüseynin (ə) mövlududur
- 19-04-2018 15:52 Hollivud ulduzları Kərbəlanı canlandıracaq
- 19-04-2018 12:25 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 32-Cİ YOL
- 19-04-2018 11:01 "Muxtarnamə"nin rejissorundan yeni tarixi film: "Salman"
- 14-04-2018 10:59 Bu gün MƏBƏS bayramıdır
- 13-04-2018 17:05 Hacı Cavad Məscidində ilk izdihamlı namaz qılındı - VİDEO
- 12-04-2018 11:15 İmam Museyi Kazımın (ə) şəhadət günüdür
- 11-04-2018 16:36 Kazimeyn ziyarətgahında gözəl təbiət hadisəsi - FOTO
- 09-04-2018 16:18 Bədbinliyin ictimai zərərləri və mənfi təsirləri
- 02-04-2018 16:15 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 31-Cİ YOL
- 31-03-2018 18:20 AİP İmam Əlinin (ə) mövludu münasibətilə xalqımızı təbrik edib
- 28-03-2018 11:16 Azyaşlı İmam
- 27-03-2018 12:21 Alman iqtisadçı İslamı qəbul etdi
- 27-03-2018 11:09 Həccə getmək istəyənlərin sayı 600-ə çatıb
- 26-03-2018 15:52 Kəbənin təvaf sahəsi genişləndirilib - FOTO
- 21-03-2018 09:30 İmam Əliyyən Nəqinin (ə) həyatına qısa baxış
- 19-03-2018 07:16 Rəcəb ayının fəzilət və əməlləri
- 13-03-2018 15:50 Saçla bağlı İslam dinində buyurulanlar
- 09-03-2018 14:22 Hacılar ödənişi hissə-hissə edə bilərlər
- 09-03-2018 09:59 Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu günüdür

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
25-04-2018 09:10
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]