Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Yanvar

2017
16:37
1798
Qafqaz Müsəlmanları İdarəsi yeni vahid xütbə kitabı hazırlayır

"Azərbaycanda yeni vahid xütbələr kitabı hazırlanır".

FaktXəbər-in məlumatına görə, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xütbə və moizələr şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin baş müəllimi Aqil Şirinov bildirib.

Onun sözlərinə görə, kitab QMİ sədri, şeyxülislam Allahşükür Paşazədinin tapşırığı ilə hazırlanır: "Kitab üzərində işin bitməsinə az qalıb. Biz vahid xütbə kitabında həm aktual, həm də dində təfriqəçiliyə yol verməyən mövzuların yer almasına çalışmışıq. Nəşrdə Azərbaycanda mövcud olan islam məzhəbləri arasında heç bir ayrı-seçkiliyə yol vermədən, onların hamısını əhatə edən mövzular yer alacaq. Kitabda "Quran" və hədislərdən, eyni zamanda təfsir kitablarından istifadə olunub. Kitabda hər həftə üçün bir xütbə verilib. Hər xütbə isə bir neçə səhifədən ibarətdir".

A.Şirinov deyib ki, bundan əvvəl mövcud olan vahid xütbə kitabında yalnız mövzu ilə əlaqədar ayə və hədislər verilib: "Yeni kitab isə tam xütbə formasına salınıb".

Qeyd edək ki, kitab nəşr olunduqdan sonra məscidlərə paylanılacaq, axund və imamlar üçün vəsait rolunu oynayacaq. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru