Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Fevral

2017
10:39
1290
Putini təhqir edən məşhur aparıcı təcavüzdə ittiham olundu

FaktXəbər-in "RT"-yə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putini "qatil" adlandıran "Fox News" telekanalının aparıcısı Bill O-Reyli cinsi təcavüzdə ittiham olunub. Belə ki, məşhur aparıcının telekanalın Culiet Haddi, Andrea Tantaros adlı əməkdaşları, o cümlədən sabiq prodüser Andrea Makrisə qarşı təcavüz etməsi açıqlanıb.

Artıq təcavüzə məruz qalan əməkdaşlardan biri Culiet Haddinin vəkili açıqlayıb ki, müvəkkili 2011-ci ildən Bill O-Reyli tərəfindən təcavüzə məruz qalıb və buna görə məhkəməyə müraciət hazırlayırlar.

Qeyd edək ki, Amerikanın FoxNews telekanalının müxbiri Bill O-Reyli Amerika lideri Donald Trampla müsahibəsində RF prezidenti Vladimir Putini "qatil" adlandırıb. O-Reyli Trampdan soruşub ki, Vladimir Putinlə yola gedə biləcəkmi? O, bilmədiyini deyib. Buna cavab olaraq jurnalist  RF prezidentini qatil adlandırıb. Tramp isə onu susduraraq, ABŞ-da da qatillərin çoxluğunu nəzərə alaraq, bu ölkənin də məsum olmadığını deyib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 19:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com