Putin V Xəzər Sammitini tarixi adlandırıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
16:29
1632
Putin V Xəzər Sammitini tarixi adlandırıb

FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin V Xəzər sammitinin keçirilməsini tarixi hadisə adlandırıb. 

“Sammitimiz tarixi əhəmiyyətə malikdir. 20 ildən artıq bir dövrdə hazırlanan Xəzərin hüquqi statusu barədə Konvensiya danışıqları bizim dövlətlərin müstəsna hüququnu təmin edir və Xəzər dənizinin taleyi ilə bağlı məsuliyyətini məhkəmlədir, onun kollektiv istifadəsində dəqiq qaydalar müəyyən edir”, - dey Rusiya lideri bəyan edib.

Onun sözlərinə görə, konsensus əsasında və qarşılıqlı maraqları nəzərə alaraq müasir və balanslaşdırılmış beynəlxalq sənəd hazırlanıb. 

Putin həmçinin bildirib ki, Xəzəryanı dövlətlərin xüsusi iqtisadi forumu yaradılacaq.

"Xəzər İqtsadi Forumunun yaradılmasına dair qəbul olunan qərarlar ölkələrimizin işgüzar cəmiyyətləri arasında əlaqələri möhkəmləndirməyə imkan verəcək", - deyə Rusiya lideri bildirib.

Məqalədə : Xəzərin statusu Putin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 23:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com