Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

23 Yanvar

2017
10:53
1350
Pul yığmağın – 5 SADƏ YOLU

Bəzən həddən çox və lazım olmayan yerlərə pul xərcləyirik. Zəruri ehtiyacımızın nə olduğunu fikirləşmədən xərcləmək insanı ya bankrota götürür,  ya da başqalarından asılı hala salır.

FaktXəbər-in verdiyi məlumata görə, bu cür səhvlərin qarşısını almaq üçün kiçik bir araşdırma aparılıb. Kredit kartını üstünüzdə çox gəzdirməyin. Əgər kredit kartını vacib lazım olmadıqca üstünüzdə gəzdirməsəniz az pul xərcləyərsiniz. Üstünüzdə zəruri ehtiyacları almaq üçün nağd pul olması ən yaxşı ehtimaldır.

Endirimlər üçün müraciət edin. Maliyyə böhranlarının olduğu dövrdə endirim istəmək lazımdır. Hər bir şirkət artıq rahat endirim edə bilər. Əgər satıcı endirim etmirsə, idarəçini çağırtdırın. Onunla da alınmırsa şirkət müdriyyətinə müraciət etdirin. Bu sizin ən təbii haqqınızdır.

Bəzən gözləmək lazımdır. Ən azı 30 gün özünə söz ver ki, ən xırda şeyi belə alanda bir gün gözləyəcəksən. Növbəti alış-verişdə mağazaya onu sizin üçün bir gün gözləmələrini xahiş edin. Əgər almaq istədiyiniz bir şeyi 24 saat sonra da istəyirsinizsə, o zaman o sizindir. Bu cür proseslər sizə bpyük məbləğləri xərcləməməyə kömək edəcək.

Dostlarından kömək istə. Bir çox mədəniyyətlərdə, pul yığmaq köməkli olur. Toy, ad günü və digər məsələlərdə dostlarınızın köməyinə imkan verin. Bəzən alacağınız bir şey dostunuzda istifadə etmədiyi bir əşya kimi evin bir köşəsində ola bilər.
Qiymətləri gözdən keçir. Onlayn alış-veriş etməyimiz səhvlərdən biridir. Online sifariş vermədən öncə bir araşdırmaq lazımdır. Ən uyğun qiyməti, münasib şərtləri öyrəndikdən sonra alıb-almamaq daha rahat olur. (Todaysbaku)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru