Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

10 Yanvar

2017
22:18
831
Provayderlər beynəlxalq xətləri lisenziyalaşdıracaq – YENİ İMKANLAR

Beynəlxalq şlüzlərə qoşulma təmin ediləcək və tələbata uyğun beynəlxalq kanalların sürəti artırılacaq.

Bu barədə "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Sənəddə qeyd edilib ki, telekommunikasiya bazarının inkişafı istiqamətində atılacaq növbəti addım beynəlxalq şlüzlərin rəqabət üçün açılmasından ibarət olacaq. Bu tədbirin həyata keçirilməsi provayderlərə vasitəçilərin iştirakı olmadan beynəlxalq xətləri lisenziyalaşdırmağa imkan verəcək. Tənzimləyici qurum birbaşa və dolayı çıxış üçün lisenziyaların verilməsi mexanizmini işləyib hazırlayacaq. Bazarda beynəlxalq şlüzlərə qoşulan ən azı üç milli provayderin iştirakı üçün əlverişli şəraitin yaradılması, mövcud və yeni təşkil olunan magistral kanalların alternativliyi təmin ediləcək. Mövcud və yeni yaranan beynəlxalq operatorların beynəlxalq şlüzə qoşulmasında baş verə biləcək təbii, texniki, iqtisadi və siyasi risklər nəzərə alınaraq, bir mərkəzdən asılılığı azaltmaq üçün tədbirlər nəzərdən keçiriləcək. (Fins.az)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com